“Ay-ulduzlular”dan Bakıda fərqli məşq taktikası

AVRO-2020-nin qrup mərhələsində növbəti oyununu Bakıda Uelsə qarşı keçirəcək Türkiyə millisi maraqlı məşq taktikası ilə diqqət çəkib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bakıda Uelslə qarşılaşmaya hazırlaşan “ay-ulduzlular”ın baş məşqçisi Şenol Güneş komandasına fərqli üslubda məşq keçib. Belə ki, meydanda qapılar bir-birinə yaxınlaşdırılıb və oyun sahəsi kiçildilib. Dar meydanda isə 22 futbolçu qaçmağın qadağan olunduğu bir şəraitdə məşq edib. Futbolçular qaçmadan topu qapıdan keçirməyə çalışıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İranın Azərbaycanla ticarət dövriyyəsi açıqlanıb

SONRAKI XƏBƏR

"Artıq adını nə qoyursunuzsa qoyun"