Yaya Ture Rusiya klubuna keçdi - Rəsmi

"Mançester Siti" və "Barselona"nın sabiq futbolçusu Yaya Turenin yeni iş yeri müəyyənləşib.
Qol.az xəbər verir ki, son olaraq Ukraynanın "Olimpik" klubunda köməkçi məşqçi vəzifəsini yerinə yetirən 38 yaşlı Ture karyerasını Rusiyada davam etdirəcək.

O, "Axmat" klubunun məşqçilər korpusunda yer alıb. Bu barədə Qroznı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kot-D`ivuarlı keçmiş futbolçu baş məşqçi Andrey Talalaevin köməkçisi təyin edilib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Aşıq Zülfiyyə də öz biznesini qurdu

SONRAKI XƏBƏR

"Mançester Yunayted" "Atletiko" ilə danışıqlar aparır - Kimin üçün?