Səlahət Ağayev: "Bu, mənim üçün yeni çağırışdır"

Səlahət Ağayev: "Bu, mənim üçün yeni çağırışdır"

"Sabah"ın yeni transferi Səlahət Ağayev keçidi barədə danışıb. Təcrübəli qapıçı klubun saytına açıqlamasında bunları deyib:

“Sabah”a gəldiyimə görə çox şadam. Bu, mənim üçün yeni çağırışdır. Yeni yaranmasına baxmayaraq, “Sabah” ölkəmizin ən peşəkar və iddialı klublarından birinə çevrilməyi bacarıb. Klubun rəhbərliyi və baş məşqçisi tanıdığım və hörmət etdiyim insanlardı. Seçimimdə bu faktorun rolu daha böyük oldu.

Hansı komandada oynamağımdan asılı olmayaraq, həmişə ən yaxşı nəticələri qazanmağa çalışmışam. Gənc və iddialı baş məşqçimiz, keyfiyyətli futbolçularımız var. İnanıram ki, birlikdə əlimizdən gələnin ən yaxşısını edib, sonda arzuladığımız uğurları qazanacağıq”.

Qeyd edək ki, Səlahət Ağayevlə 1 illik müqavilə bağlanıb.

Mənbə: report.az