BOS-da azarkeşlərə Azərbaycan və Türkiyə bayraqları paylanılır

BOS-da azarkeşlərə Azərbaycan və Türkiyə bayraqları paylanılır

Azarkeşlər Avropa çempionatının A qrupunun Bakıda keçiriləcək Türkiyə - Uels oyunu üçün Bakı Olimpiya Stadionuna (BOS) gəlirlər.

"Report"un məlumatına görə, onların arasında gözlənildiyi kimi türkiyəli azarkeşlər üstünlük təşkil edir.

Arenanın ətrafında fanatlara Azərbaycan və Türkiyə bayraqları paylanılır.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

Mənbə: report.az