Rusiya Avro-2020-də ilk qələbəsini qazandı

Rusiya Avro-2020-də ilk qələbəsini qazandı

Futbol üzrə Avropa çempionatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, bu gün qitə birinciliyində qrup mərhələsinin ikinci turuna start verilib.

Günün ilk oyununda Rusiya və Finlandiya komandaları üz-üzə gəlib. Qarşılaşma şimal qonşumuzun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Rusiya Avro-2020-də ilk qələbəsini qazanıb. Ruslan bundan əvvəl Belçika yığmasına 0:3 hesabı ilə uduzmuşdu. Finaldniya isə ilk oyunda gözlənilmədən Danimarka yığması üzərində minimal hesablı qələbəyə sevinmişdi.

Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Türkiyə yığması Uelslə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək. Qrupun digər matçında lider İtaliya millisi İsveçrə ilə üz-üzə gələcək.

AÇ-2020
16 iyun

B qrupu

Finlandiya – Rusiya 0:1 (2-ci hissə)
Qol: A.Mirançuk, 45+2.
Baş hakim: Danni Makkeli (Niderland).
Sankt-Peterburq. Yeni Zenit stadionu.

Mənbə: qafqazinfo.az