"Neftçi" serbiyalı futbolçu ilə müqaviləni yenilədi

"Neftçi" serbiyalı futbolçu ilə müqaviləni yenilədi

“Neftçi” PFK müdafiəçi Voislav Stankoviçlə müqavilənin müddətini artırıb. 33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli anlaşma imzalanıb.

Stankoviç “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodj və Mirabdulla Abbasovla yeni müqavilə bağlamışdı.

Mənbə: report.az