AVRO-2020: Türkiyə - Uels oyunu öncəsi meydanın mərkəzində Bakını əks etdirən plakat açılıb

AVRO-2020-nin qrup mərhələsinin II turunda Türkiyə yığması Uelslə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək matç öncəsi açılış mərasimi baş tutub.

Tədbirdə iyunun 12-də keçirilən Uels – İsveçrə matçında olduğu kimi, Bakını əks etdirən və üzərində Avropa çempionatının kuboku olan böyük plakat meydanın mərkəzində açılıb, həmçinin Türkiyə və Uels yığmasının forması dalğalanıb.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Əlibaba Məmmədovun ayaqları tutuldu

SONRAKI XƏBƏR

1 qol, 3 xal - Video