Amerika Kuboku iştirakçılarından 53 nəfəri koronavirusa yoluxub

Son sutka ərzində Braziliyada keçirilən futbol üzrə Amerika Kuboku oyunlarının iştirakçıları arasında 11 yeni yoluxma halı qeydə alınıb.

Sports.ru xəbər verir ki, bununla da “Copa Amerika”ya qatılanlar arasında COVID testi müsbət çıxanların sayı 53 nəfərə çatıb.

Bu testlərin 27-nin futbolçu və komanda əməkdaşlarına, 26-nın isə xidməti personala aid olduğu bildirilib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyəli general: ““Dəmir yumruq” əməliyyatı “Polad yumruğa” çevrildi”

SONRAKI XƏBƏR

Samuxda 13 sürücü məsuliyyətə cəlb edilib (FOTO)