Moratanın "Yuventus"dakı taleyinə aydınlıq gəldi

Moratanın "Yuventus"dakı taleyinə aydınlıq gəldi

"Atletiko Madrid"in ispaniyalı hücumçusu Alvaro Morata növbəti mövsümü də icarə əsasında "Yuventus"un heyətində keçirəcək.

Sport7.az xəbər verir ki, Turin klubu ötən ilki icarə müqaviləsində olan bəndi işə salaraq futbolçunu daha bir mövsümlüyünə heyətində saxlayıb.

"Yuventus" ötən il Moratanın bir illik icarəsi üçün "Atletiko"ya 10 milyon avro dəyərində ödəniş etmişdi. 28 yaşlı ispaniyalının növbəti mövsüm üçün icarəsi də turinlilərə 10 milyon avroya başa gəlib. Futbolçunun birdəfəlik transfer məbləği isə 45 milyon avro təşkil edir.

Moratanın "Atletiko" ilə olan müqaviləsinin müddəti 30.06.2023-cü ilə qədər nəzərdə tutulub. O, "A" seriyanın ötən mövsümündə "Yuventus"la meydana çıxdığı 31 oyunda 11 qol və 9 assistlə yadda qalmağı bacarıb.

Sport7.az

Mənbə: sport7.az