"Xanımlar formada": Onlar kimə azarkeşlik edir? - SORĞU

"Xanımlar formada": Onlar kimə azarkeşlik edir? - SORĞU

"CBC Sport" telekanalında yayımlanan "Xanımlar formada" verilişinin bir-birinən gözəl 3 aparıcısı - Rəfiqə Əziz, Xəyalə Şahlarlı və Aidə Əliyeva bu dəfə fikirlərini Fanat.Az-a bölüşüblər.

Xanımlar saytımıza AVRO-2020-də azarkeşlik etdikləri, turnirin favoriti hesab etdikləri komandaların adını açıqlayıblar:

 

Rəfiqə Əziz: "Mən uşaqlıqdan İspaniya azarkeşiyəm. Bu turnirdə heyət etibarilə ən zəif İspaniyanın çıxış etməsinə baxmayaraq, yenə də azarkeşlik edirəm. Arzum odur ki, kuboku götürsünlər. Amma real yanaşsaq, çempionluğa əsas namizədlərdən biri İngiltərə, biri də Fransadır. Heyət tamamilə sözünü demiş futbolçulardan ibarətdir. Amma düşünürəm Belçika da bu turnirdə qalib ola bilər".

Xəyalə Şahlarlı: "AVRO-2020-də həm heyətinin genişliyinə görə, həm də futbolçuların keyfiyyət və bacarığına görə favoritim İngiltərə millisidir. İlk oyunda heyətdə bir neçə futbolçu var idi ki, fikrimcə, ən yaxşılar onlar idi. Bu sırada Meyson Mount, Fil Foden, Kalvin Fillipsin adını çəkə bilərəm. Rahim Sterlinq də möhtəşəm oyunçudur. Elə qol vuraraq da komandasına qələbə qazandırdı. Həmin gənc oyunçulara ümidlər böyükdür. Və təbii ki, heyətdə təcrübəli oyunçular da var. Onlar da İngiltərəyə çempionluq qazandıra biləcək gücdədirlər. İngiltərənin çempion olacağını düşünürəm. Amma onlar üçün çətin olacaq. Ən azından çempion olmasalar belə finala qədər getməlidirlər.

 

 

Fransa millisinin də şanslarını yüksək qiymətləndirirəm. Onlar da finala qədər getməyə layiq komandadır. Oyunlarını izlədikdən sonra komandanın hazırlıq səviyyəsini daha yaxşı biləcəyik. Fikrimcə, hücum xətti ilə ən çox təhlükə yarada biləcək kollektivlərdən biridir.

 

İtaliya millisinin də ən azı yarımfianal qədər irəliləcəyini düşünürəm. Amma öz favoritim və çempion olmasını istədiyim kollekvtiv İngiltərə millisidir. İspaniya yığmasına da xüsusi simpatiyam var. Hər zaman bu komandanı dəstəkləmişəm, amma hazırki heyətlərinə, baş məşqçi Luis Enrikenin seçiminə görə bu komandanın nəyəsə nail ola biləcəyini düşünmürəm".

 

Aidə Əliyeva: "İspaniya millisinə azarkeşlik edirəm. Amma bu il onlardan çox şey gözləmədiyim üçün Fransa yığması favoritimdir".

 

Röya Kərimli

Mənbə: fanat.az