“Neftçi” maksimum məsluliyyət tələb edən komandadır”

“Neftçi” maksimum məsluliyyət tələb edən komandadır”

“Böyük gözləntilərimiz var. Təbii ki, məqsədimiz yenidən Yunanıstan çempionu olmaq, ölkə daxilində bütün mümkün kubokları qazanmaq və avrokuboklarda uğurlu çıxış etməkdir”.

Qol.az sport-fm.com-a istinadən xəbər verir ki, bu sözləri “Olimpiakos”un baş məşqçisi Pedro Martins deyib. Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Dinamo”nu (Tbilisi) üstələməyi bacarsa, növbəti mərhələdə məhz “Olimpiakos”la qarşılaşacaq. Yunanıstan klubunun baş məşqçisi isə potensial rəqibləri belə dəyərləndirib:

“Bilirik ki, qarşılaşacağımız rəqiblər öz ölkələrinin çempionlarıdır. Həm Azərbaycan, həm də Gürcüstan komandası yüksək keyfiyyətə malikdir. “Neftçi”, eləcə də “Dinamo” bizdən maksimum məsuliyyət və səy tələb edən komandalardır. Qarşımızda asan rəqib olmayacaq. Futbolda heç nə asan deyil”.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin matçları 20-21 və 27-28 iyul tarixlərində keçiriləcək.

Mənbə: qol.az