"Zirə"nin yay hazırlıq planı məlum oldu

"Zirə"nin yay hazırlıq planı məlum oldu

“Zirə” futbol komandasının mövsümlərarası hazırlıq planı bəlli olub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, məşqlərə iyunun 24-də start veriləcək. Bakı mərhələsi iyulun 16-dək davam edəcək. "Zirə" bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Hazırlığın növbəti mərhələsi isə iyulun 18-dən Türkiyədə gerçəkləşəcək. Avqustun 1-dək davam edəcək toplanış müddətində 4 yoxlama matçı planlaşdırır.

Mənbə: report.az