Paracüdoçularımız Böyük Britaniyada beynəlxalq Qran-Pri turnirində iştirak edəcəklər

Paracüdoçularımız Böyük Britaniyada beynəlxalq Qran-Pri turnirində iştirak edəcəklər

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 19-20-də Böyük Britaniyanın Uorvik şəhərində paracüdo üzrə beynəlxalq Qran-Pri turniri keçiriləcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, milli komandamız turnirdə iştirak etmək üçün Böyük Britaniyaya yola düşüb.

Qeyd edək ki, turnir “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları öncəsi sonuncu reytinq xalı qazandıran yarışdır.

Mənbə: azertag.az