Georgi Buşan: "Hələ fəxr olunası bir şey etməmişik"

Georgi Buşan: "Hələ fəxr olunası bir şey etməmişik"

Ukrayna millisinin qapıçısı Georgi Buşan komandasının AÇ-2020-dəki çıxışından danışıb.

Fanat.Az xəbər verir ki, "Football.ua" qolkiperin söylədiklərini belə çatdırıb:

"Milliyə ilk dəfə dəvət alanda bunun zarafat olduğunu düşünürdüm. Ancaq bu gün həqiqəti anlaya bilmişəm. Öz işimi keyfiyyətlə görməyə çalışıram. Açığı, hələ bizimlə fəxr olunası bir şey etməmişik. Məhəbbətdən nifrətə cəmi bir addım olduğunu yaxşı anlayıram. Avstriya ilə oyunu gözləyirik. Bu matçda əlimizdən gələnin ən yaxşısını ortaya qoymağa çalışacayıq".

Qeyd edək ki, qrupda Niderland, Avstriya və Şimali Makedoniya ilə mübarizə aparan Ukrayna "narıncılar"a 3:2 hesabıyla yenilibsə, Şimali Makedoniyanı üstələyərək (2:1) 3 xal qazanıb.

Atilla

Mənbə: www.fanat.az