Tokio-2020: Paralimpiyaçılarımızdan 19-cu lisenziya

Tokio-2020: Paralimpiyaçılarımızdan 19-cu lisenziya

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya kubokunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerlifting idman növü üzrə milli komandasının üzvü, 49 kq çəki dərəcəsində iştirak edən Pərvin Məmmədov 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə yekunlaşdırıb. Dubayda keçirilən Dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş Pərvin Məmmədov Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 19 lisenziya əldə ediblər. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.

Mənbə: report.az