Messi Uruqvay üzərində qələbədən yazdı

Messi Uruqvay üzərində qələbədən yazdı

Argentina millisinin superulduzu Lionel Messi Amerika Kubokunda Uruqvay üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, o, "Instagram" hesabında belə yazıb:

"Qələbə bizim üçün çox vacib idi. Bu zəfər komandamızı sakitləşdirdi. İndi növbəti oyunlarda möhkəm olmalı, uğurlu oynamalıyıq".

Qeyd edək ki, Messi Uruqvayın qapısına Qvido Rodrigesin 13-cü dəqiqədə vurduğu qolun ötürməsini verib.

 

Mənbə: fanat.az