Neymar qazondan şikayətləndi

Neymar qazondan şikayətləndi

Braziliya millisinin futbolçusu Neymar Amerika kubokunda Peru ilə matçdan sonra "Estadio Olimpico Nilton Santos" stadionunun ot örtüyündən şikayətlənib.
Qol.az xəbər verir ki, 29 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşım edib. O, görüşdən fotonu izləyiciləri ilə bölüşərək "Dünənki qolumu "gözəl bir qazon"da qeyt etmək" deyə yazıb.

Qeyd edək ki, sözügedən matç Braziliyanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: qol.az