"Qarabağ Azərbaycandır!" futbol turnirinin finalçıları bəlli oldu

"Qarabağ Azərbaycandır!" futbol turnirinin finalçıları bəlli oldu

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" futbol turnirində yarımfinal oyunları keçirilib.

"Report" xəbər verir ki, Milli Qəhrəman Gültəkin Əsgərova adına Məktəb Lisey Kompleksinin stadionunda (AzFar stadionu, keçmiş Caspian Center, Gənclik metrosu) təşkil olunan matçlarda əvvəlcə "Qubadlı" və "Ağdam" komandaları üz-üzə gəlib. Rəqibini 9:2 hesabı ilə məğlub edən "Qubadlı" finala vəsiqə qazanıb.

Yarımfinalın digər oyununda isə "Zəngilan" "Füzuli"ni sınağa çəkib. "Zəngilan" hesabda 2 dəfə önə keçsə də, hesabı qoruya bilməyib. Nəticədə görüşün taleyi reqlamentə əsasən, penaltilər seriyasında həll olunub. Bu zaman daha dəqiq olan "Füzuli" komandası 3:1 hesablı qələbə qazanaraq, digər finalçı olub.

"Qarabağ Azərbaycandır!"

19 iyun

"Qubadlı" - "Ağdam" - 9:2

"Zəngilan" - "Füzuli" - 2:2 (Penaltilərdə - 1:3)

Qeyd edək ki, final oyunu və 3-cü yer uğrunda matç 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə eyni arenada olacaq.

26 iyun

3-cü yer uğrunda oyun

12:00. "Ağdam" - "Zəngilan"

FİNAL

13:00. "Qubadlı" - "Füzuli"

Mənbə: report.az