"Survivor"ın qalibi Bakıya gəldi - FOTOlar

Türkiyənin məşhur "Survivor" yarışmasının qalibi, müğənni-aktyor Cemalcan Cansevən şənbə günü Azərbaycana gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onun gəlişinin səbəbi "AVRO-2020"nin A qrupunda yer alan Türkiyə-İsveç oyununu izləmək olub.

Cemalcan Bakı və Bakı Olimpiya Stadionunda lentə aldığı görüntüləri 3 milyonluq rəsmi İnsaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, İtaliya və Uels millisinə uduzan Şenol Günəşin komandası bu oyunda da məğlubiyyətlə üzləşib. Qarşılaşma İsveçin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Dendrologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

SONRAKI XƏBƏR

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib