Millimiz dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başladı

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma Portuqaliyanın Nazare şəhərində Fransa seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 9 və 26-cı dəqiqədə Sabir Allahquliyev vurub.

Qrupun digər oyununda Estoniya və İsveçrə yığmaları üz-üzə gələcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Kreml Paşinyanı təbrik etdi

SONRAKI XƏBƏR

Əsəd rejimi İdlibi vurdu: 7 ölü, 10 yaralı