Şotlandiya millisində koronavirus aşkarlandı

Şotlandiya millisində koronavirus aşkarlandı

Avro-2020-nin iştirakçılarından olan Şotlandiya millisi itki ilə üzləşib.
Qol.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyası məlumat yayıb. Yığmanın üzvü Billi Qilmor koronavirusa yoluxub. Buna görə də 20 yaşlı yarımmüdafiəçi komandanın növbəti matçını buraxacaq.
Qeyd edək ki, Şotlandiya millisi növbəti oyununu qrup mərhələsinin üçüncü turunda sabah Xorvatiyaya qarşı keçirəcək.

Mənbə: qol.az