Türkiyə millisinin futbolçusu "Milan"ı "İnter"ə dəyişir

Türkiyə millisinin futbolçusu "Milan"ı "İnter"ə dəyişir

İtaliyanın "Milan klubundan ayrılan Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu "İnter"ə keçməyə yaxındır.

"Report"un məlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində yazıb.

Gələn həftə 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq. Çalhanoğlunun "Milan"la sözləşməni uzatmaqdan imtina etdiyi və onun iyunun 22-də yeni klubunda tibbi müayinədən keçəcəyi bildirilir.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2020/2021 mövsümündə "Milan"da 43 oyuna 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsi iyunun 30-da başa çatır.

Mənbə: report.az