Donnarumma tibbi yoxlanışdan keçdi

Donnarumma tibbi yoxlanışdan keçdi

"Milan"ın qapıçısı Canluici Donnarumma PSJ-də tibbi yoxlanışdan keçib.

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

Xəbərə görə, tərəflər arasında sözləşmə 2026-cı ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, italyan qapıçının "Milan"la müqaviləsi iyunun 30-da başa çatacaq. O, Fransa klubuna azad agent kimi keçəcək.

Mənbə: fanat.az