Millimizin baş məşqçisi uğursuzluğun səbəblərini AÇIQLADI

Millimizin baş məşqçisi uğursuzluğun səbəblərini AÇIQLADI

“Asiman Qurbanlının xal hesabı ilə reyntinqdən lisenziya qazanmaq şansı yox idi. Buna görə də ümid lisenziya yarışına idi”.

Oxu.Az xəbər verir ki, bunu karate millimizin baş məşqçisi Qurban Tağıyev bildirib.

O, II Avropa Oyunlarının qalibi Asiman Qurbanlının lisenziya qazana bilməməsindən danışıb: “Fransada keçirilən yarışda Asiman beşinci döyüşündə məğlub oldu. Yarımfina çıxacağına ümid var idi. Amma idmanda qalibiyyət olduğu kimi, məğlubiyyət də var. Həm də onun dizində zədəsi olduğuna görə, bu onun istədiyi kimi məşq keçməsinə mane oldu”.

Federasiya prezidenti Yaşar Bəşirov isə Asiman Qurbanlı və katada Roman Heydərovun lisenziya qazanmasına ümidlərinin çox olduğunu, lakin onların bu hədəfə çata bilmədiklərini bildirib.

Səbuhi Musayev

Mənbə: www.oxu.az