Eriksendən millinin qələbəsinə reaksiya

Eriksendən millinin qələbəsinə reaksiya

Danimarka millisinin üzvü Kristian Eriksen komandanın Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Rusiyaya qalib gəlməsinə (4:1) münasibət bildirib.

Qol.az xəbər verir ki, ilk turda Finlandiya ilə görüşdə (0:1) huşunu itirən və hazırda müalicə alan 29 yaşlı yarımmüdafiəçi bu barədə öz İnstaqram səhifəsində paylaşım edib. O, sözügedən qarşılaşmadan fotonu izləyiciləri ilə bölüşüb. Eriksen paylaşımını Danimarka bayrağı və alqışlarla şərh edib.

Qeyd edək ki, Danimarka millisi bu qələbə sayəsində turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Mənbə: qol.az