Rusiya millisinin baş məşqçisi istefa verir?

Rusiya millisinin baş məşqçisi istefa verir?

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov Avro-2020-də uğursuzluğa baxmayaraq, istefaya verməyi düşünmür.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, DÇ-2022-nin sonuna qədər qüvvədə olan müqaviləyə uyğun olaraq yığma ilə işləməyə davam etmək niyyətindədir. Bir sözlə, Çerçesov öz təşəbbüsü ilə istefa etmək fikrində deyil və bu ehtimalı Rusiya Futbol İttifaqının rəhbərliyi ilə müzakirə etməyib.

57 yaşlı mütəxəsis Novoqorskdakı bazada Rusiya millisinin futbolçuları ilə vidalaşıb və DÇ-2022-nin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi sentyabrda onlarla yenidən görüşəcəyini bildirib.

Qeyd edək ki, Rusiya millisi Avro-2020-də B qrupunu 3 xalla sonuncu pillədə başa vurub.

Mənbə: qol.az