Canni De Byazi: "Bunlar həqiqətə uyğun deyil"

Canni De Byazi: "Bunlar həqiqətə uyğun deyil"

"Bütün bunlar yalnış məlumatdır və həqiqətə uyğun deyil. Mənim, ümumiyyətlə, belə məsələdən xəbərim yoxdur".

Bu fikirləri "Report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya komandalarından birinin sükanı arxasına keçəcəyi barədə yayılan iddialara münasibət bildirərkən deyib.

65 yaşlı mütəxəssis Azərbaycan yığması ilə müqaviləsinin davam etdiyini xatırladıb: "Peşəkar baş məşqçi kimi müqaviləmə hörmətlə yanaşıram. Buradakı iş və fəaliyyət prosesindən razıyam. Belə söhbətlərin həqiqətlə hansısa əlaqəsi yoxdur".

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə bildirib ki, italiyalı baş məşqçi müqaviləsinin sonunadək Azərbaycan yığmasında fəaliyyət göstərəcək: "De Byazi peşəkar mütəxəssisdir və AFFA ilə müqaviləsi var".

 

Fanat.Az

Mənbə: fanat.az