Türkiyə millisi xal qazanmasa da, pul qazandı

Avro-2020-nin qrup mərhələsində iştiraka, oyunlarda qələbə və heç-heçəyə görə komandaların əldə edəcəyi gəlirin miqdarı açıqlanıb.
Qol.az xəbər verir ki, qrup mərhələsində çıxış edən yığmaların hər biri 9,25 milyon avro qazanacaq. UEFA komandalara qələbəyə görə 1,5 milyon avro, heç heçəyə görə isə 750 min avro vəsait ödəyəcək.

Qrup mərhələsinin hər 3 oyununda uduzan Türkiyə millisi isə iştiraka görə 9,25 milyon avro əldə edəcək.
Qeyd edək ki, iyunun 11-də start götürüb, iyulun 11-də yekunlaşacaq Avro-2020-nin ümumi mükafat fondu 371 milyon avrodur.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Avropa Çempionları vətənə qayıdıb - VİDEO

SONRAKI XƏBƏR

Paytaxtda daha bir avtobus “BakıKart”a keçir AGENTLİK MƏLUMAT YAYIB