Avropa Çempionları vətənə qayıdıb - VİDEO

Avropa Çempionları vətənə qayıdıb - VİDEO

Bolqarıstanda tarixi uğura imza ataraq komanda hesabında Avropa Çempionu olan yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

Dörd qızıl və üç bürünc medalla birinci yerə çıxan seçməmiz Heydər Əliyev Beynəlxalq Hava Limanında coşğuyla qarşılanıb.

Xatırladaq ki, Fərid Baxışlı, Rahim Həsənov, Fəraim Mustafayev və Fərid Xəlilov qızıl, Pərviz Dadaşov, Kənan Abdullazadə və Ruslan Nurullayev bürünc medal qazanıb.

 

Mənbə: www.realtv.az