Ronaldo "Qalatasaray"ın futbolçusunu öz klubuna aparır

Ronaldo "Qalatasaray"ın futbolçusunu öz klubuna aparır

"Qalatasaray"ın futbolçusu Sofian Fequli karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, braziliyalı veteran futbolçu Ronaldonun sahibi olduğu "Real Valyadolid" klubu Əlcəzair əsilli fransalı futbolçunu icarəyə götürmək istəyir.

Məlumata görə, hazırda tətildə olan Ronaldo İspaniyaya qayıtdıqdan sonra bu keçidn baş tutması üçün danışıqlara başlayacaq. "Real Valyadolid" Fequlini bir illik icarəyə götürmək istəyir.

Qeyd edək ki, Fequli 2017-ci ildə "Vest Hem"dən "Qalatasaray"a 4,25 milyon avroya transfer olunub. 31 yaşlı futbolçu son mövsümdə oynadığı 25 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aydın

Mənbə: fanat.az