Benzema: "Hamı qol vurmağımı gözləyirdi"

Fransa millisinin hücumçusu Kərim Benzema Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Portuqaliya ilə oyunda (2:2) vurduğu iki qoldan danışıb.

Qol.az "beIN Sports"a istinadən xəbər verir ki, 6 ildən sonra yığmaya qayıtdıqdan sonra ilk qollarını vuran 33 yaşlı futbolçu deyib: “Qol vuranda sevinc və qürur hissi keçirdim. Hamı qol vurmağımı gözləyirdi. Təzyiq altında idim. Qol vurmaq əla idi və biz də pley-offa adladıq. Fərqlənmək istəyirəm, çünki bu turnirdə qolların çox vacib olduğunu bilirəm".

Qeyd edək ki, Fransa qrup 1-cisi olaraq 1/8 finala yüksəlib. Komanda bu mərhələdə iyunun 28-i İsveçrə ilə qarşılaşacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıtda qadın qonşusu tərəfindən qətlə yetirildi

SONRAKI XƏBƏR

Türkiyədə peyvənd olunanların sayı 30 milyonu keçib