Messinin 34 yaşı tamam olur

Bu gün Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messinin ad günüdür.

Qol.az xəbər verir ki, oyunçunun bu gün 34 yaşı tamam olur.

Kataloniya təmsilçisi rəsmi "Tvitter" səhifəsi vasitəsi ilə futbolçunuad günü münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Messi "Barselona"da 520 oyuna çıxıb və 474 qol vurub. O, klubla 10 dəfə İspaniya çempionatının, 7 dəfə İspaniya kubokunun, 8 dəfə Superkubokun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun və 3 dəfə klublarası dünya çempionatının qalibi olub. Messi karyerasına ərzində 6 dəfə "Qızıl top"u qazanıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Aİ rəsmisi: “Şərq tərəfdaşlığı” sammitində yeni gündəlik razılaşdırılacaq”

SONRAKI XƏBƏR

Moskvada əcnəbilər və miqrantlar üçün ödənişli vaksinləmə məntəqələri yaradılacaq