“Avro-2020”yə təsirli vida – Video+Şəkillər

“Avro-2020”nin qrup mərhələsinin dünən keçirilən Almaniya – Macaristan matçından (2:2) sonra həssas anlar yaşanıb.

Qol.az xəbər verir ki, oyun bitən kimi macar futbolçular tribunada yer alan azarkeşlərinin yanına gediblər və dövlət himnini birgə oxumağa başlayıblar. Bu zaman bəzi futbolçular və azarkeşlər emosiyalarına hakim ola bilməyərək ağlayıblar.

Qeyd edək ki, Macarıstan “ölüm qrupu” adlandırılan F qrupunda 2 xalla sonuncu yeri tutsa da, rəqiblərinə layiqli müqavimət göstərib. Komandanın son ana qədər “pley-off”a yüksəlmək şansı olub. Onlar Fransa və Almaniya kimi komandalarla görüşdə (1:1, 2:2) xal qazanmağı bacarıblar. Portuqaliyaya uduzduqları qrupun ilk matçında (0:3) isə macarlar 84-cü dəqiqəyə qədər qapılarını toxunulmaz saxlayıblar.

 

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Tarixin ən dəhşətli uşaq istismarı... - FOTOLAR

SONRAKI XƏBƏR

"Şagirdlər dərsliklərlə bağlı nə təklif verə bilər ki?.."