"Real Madrid"in müdafiəçisi klubdan nə tələb etdi?

"Real Madrid"in müdafiəçisi klubdan nə tələb etdi?

"Real Madrid"in müdafiəçisi Ferlan Mendi klubdan yenilənmiş müqavilə tələb edir.

 

Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Xəbərə görə, son mövsüm əsas heyətdə yer alan futbolçu komandada yerini daha da möhkəmlətmək niyyətindədir. Ancaq digər klubları kimi maliyyə sıxıntısı yaşayan Madrid təmsilçisi futbolçunun məvacibini artırmağı düşünmür.

Qeyd edək ki, 26 yaşlı fransız oyunçunun "Real Madrid"lə müqavilə 4 il sonra başa çatacaq.

 

Aygün

Mənbə: fanat.az