"Liverpul" İrlandiya yığmasının qapıçısı ilə müqavilə bağladı

"Liverpul" İrlandiya yığmasının qapıçısı ilə müqavilə bağladı

"Liverpul" rəsmi saytı vasitəsi ilə qapıçısı Kuivin Kelleherlə uzunmüddətli müqavilə bağladığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 22 yaşlı irland qolkiper müddəti açıqlanmayan anlaşmaya imza atandan sonra belə danışıb:

"Müqaviləmin müddətini uzatdığım üçün özümü xoşbəxt sayıram. Danışıqlar prosesi bir neçə ay çəkdi. Şadam ki, hər şey arxada qalıb. "Liverpul" kimi böyük klubda olmaq mənim üçün şərəfdi".

2015-ci ildən "Liverpul"a cəlb edilən Kelleher son mövsümdə İngiltərə Premyer Liqasında 2 oyuna çıxıb və 1 qol buraxıb. Hazırda İrlandiyanın U-21 yığmasına çağırılan "çərçivə" qoruyucusu Çempionlar Liqasında da forma şansı qazanmağı bacarıb. O, qitənin ən nüfuzlu klub turnirində 2 matçda meydanda olub və qapısında 1 qol görüb.

Atilla

Mənbə: fanat.az