Niderland yığması Bakıya gəlməyəcək? – Ermənilər yeni təxribat hazırlayıb

Niderland yığması Bakıya gəlməyəcək? – Ermənilər yeni təxribat hazırlayıb

AVRO-2020-də mübarizə aparan Niderland millisi 1/4 final mərhələsinə vəsiqə qazanacağı halda, Bakıya səfərdən imtina edə bilər. Bu barədə Nederland parlamentində müzakirələr aparılıb. 

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, Niderlandakı erməni diaspor təşkilatlarının basqısı ilə bu məsələ müzakirəyə çıxarılıb.

Ermənilərin bu dəfəki təxribatı ürəkbulandırma xarakterlidir. Belə ki, müharibəni uduzan, yalan və cinayətlərinin üstü qismən açılan, dünyada biabırçı vəziyyətə düşən İrəvan hansısa yollarla Bakıya ziyan vurmağa çalışır.

AVRO-2020 mötəbər futbol yarışının çoxsaylı oyunlarının Bakıda keçirilməsi erməniləri hərəkətə gətirib. Onlar Niderland parlamentinə müraciət ediblər ki, 1/4  finalda Niderlandın Bakıda baş tutama ehtimalı olan görüşünə Azərbaycan paytaxtına nümayəndə heyəti göndərilməsin.

Qert Yan Seqers və Tim Van der Linin parlamentdən tələbində deyilir ki, deputatlar bu addımlarını erməni diversantların İrəvana qaytarılmaması ilə izah etsinlər. 

Niderlandlı ermənipərəst deputatların Bakıya səfərdən imtina müraciətlərini Azərbaycanın Hərbi Qənimətlər Parkı ilə də əsaslandırırlar.

Qeyd edək ki, Çexiya – Niderland və Uels - Danimarka cütlərinin qalibləri Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Həmin matç iyulun 3-də keçiriləcək.

Mənbə: fanat.az