"Qəbələ"dən ayrılan futbolçu "Sumqayıt"a keçdi

"Sumqayıt" 2021/22 mövsümü üçün daha bir futbolçunu heyətinə cəlb edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovla 1 illik müqavilə imzalanıb. 24 yaşlı oyunçu yeni komandasında 20 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

SONRAKI XƏBƏR

Azərbaycanla Ukraynanın KOB-ları arasında birgə yol xəritəsinin hazırlanması müzakirə olunub