Ruslara "yox" dedi, A Seriyası klubuyla razılaşdı - SON DURUM

Ruslara "yox" dedi, A Seriyası klubuyla razılaşdı - SON DURUM

Avstriya millisinin hücumçusu Marko Arnautoviç karyerasının İtaliya A Seriyasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, italiyalı insayder Nikolo Skira şəxsi "Twitter" hesabında 32 yaşlı forvardın "Bolonya"ya keçəcəyini və 3 illik müqaviləyə imza atacağı ilə bağlı informasiya paylaşıb.

Marko ildə 2,7 milyon avro qazanacaq.

Qeyd edək ki, Arnautoviç son 2,5 ili Çinin "Şanxay SİPQ" klubunda keçirib. Onu Rusiyanın "Dinamo" və "Krasnodar" klubları da heyətinə qatmaq istəsə də, hazırda Avstriya yığmasıyla AVRO-2020-nin 1/8 final matçına hazırlaşan hücumçu Rusiyada oynamaq istəməyib.

Atilla

Mənbə: www.fanat.az