AVRO-2020-nin qrup mərhələsinin rəmzi komandası - FOTO

AVRO-2020-nin qrup mərhələsinin rəmzi komandası - FOTO

“WhoScored” portalı AVRO-2020-nin qrup mərhələsinin rəmzi yığmasını açıqlayıb.

Rəmzi yığmaya Finlandiya millisinin qapıçısı Lukaş Qradetski, Çexiya millisinin cinah müdafiəçisi Vladimir Tsoufal, Niderland millisinin müdafiəçisi Matteys de Lixt və Deyli Blind, Danimarkanın cinah müdafiəçisi Yoahim Mehle daxil olub.

Formalaşdırılan komandada meydanın yarımmüdafiə xəttində Xorvatiyadan İvan Perişiç, Belçikadan Kevin de Bröyne, Niderlanddan Frenki de Yonq, İsveçdən Emil Forsberq təmsil olunub.

Rəmzi komandanın hücumunu isə Portuqaliyadan Kriştianu Ronaldu və Niderlanddan Memfis Depay təşkil edir.

Mənbə: www.oxu.az