"Keşlə" portuqaliyalı futbolçu ilə müqavilə bağladı

"Keşlə" portuqaliyalı futbolçu ilə müqavilə bağladı

Keşlə FK-dan növbəti transfer

Komandamız heyətini gücləndirməkdə davam edir. Belə ki, Keşlə FK-nın rəhbərliyi ilə Aldair Sapalo Amaro Neto arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Portuqaliyalı futbolçu ilə imzalanmış müqavilənin müddəti 1 il təşkil edir.

Hücumçu mövqeyində oynayan A.Netonun son klubu Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən "Pelister" komandası olub.

Mənbə: report.az