"Beşiktaş" geyim formasını yeniləyib

"Beşiktaş" geyim formasını yeniləyib

"Beşiktaş" futbol komandasının yeni mövsümdə geyinəcəyi formalar təqdim olunub. SİA xəbər verir ki, "Beşiktaş" klubu "Adidas" ilə müqaviləsini daha 5 il uzadıb.

"Beşiktaş" klubunun yeni formaları Boğazda təşkil edilən tədbirdə üç variantda təqdim edilib. Təqdimat tədbirində "Beşiktaş" klubunun başçısı Əhməd Nur Cebi və idarə heyətinin üzvləri, futbolçular və “Adidas”ın təmsilçiləri iştirak edib.

Yeni formaları qadın futbol komandası geyinərək nümayiş etdirib.

"Beşiktaş" klubunun başçısı Ahmet Nur Cebi təqdimatda belə çıxış edib: “Adidas" həmişə yanımızda idi. Bunu 5 il daha yeniləyirik. İnşallah 5 il çempionatlarla dolu olacaq. Bu mövsüm daha güclü olacağıq. Tərəfdarlarımıza "Beşiktaş sizsiniz" dedik. Azarkeşlərin zövqlə geyə biləcəyi formalar olduğunu bilirəm. Sponsorluqlar çox vacibdir. Uğur bir ailə ola biləndə gəlir. Sponsorlar da ailənin bir parçasıdır. “Adidas”a təşəkkür edirəm. Arzu edirik ki, tərəfdarlarımızın formaları bəyəniləcək və alaraq kluba kömək edəcəklər”.

"Beşiktaş"ın meneceri Enis Ulusoy çıxışında deyib: "Keçən mövsüm 3 kubok gətirmişdik. İnşallah gələn il stadionumuza yeni kuboklar gətirəcəyik. Çempionlar liqasına uyğun olacaq formalarımız var”.

"Adidas"ın baş direktoru bildirib ki, türk futbolunu gücləndirmək üçün uzun illərdir futbolun ən dəyərli markası olan "Beşiktaş" ilə əməkdaşlıq edirik: ”Forma müqaviləmizi 5 il uzatmaqdan məmnunuq. Keçən il "Beşiktaş" 3 vacib kubok qazanıb”.

Mənbə: sia.az