Formula pilotu sürücülük vəsiqəsini hələ almayıb: “Metroda getməkdən yorulmuşam”

Formula-3-də Fransanın ART komandasını təmsil edən rusiyalı Aleksandr Smolyarın süırücülük vəsiqəsi yoxdur.

“Sport Ekspress”in məlumatına görə, bu barədə idmançının özü etiraf edib.

“Nə sürücülük vəsiqəm, nə maşınım var. Yolda mənimlə rastlaşa bilərsiniz, ancaq sürücü kimi yox. Sənəd almaq əlbəttə istəyirəm, çünki metroda getməkdən yorulmuşam”, - deyə Smolyar xəbər verib.

Qeyd edək ki, hazırda 20 yaşlı gənc Formula -3-ün siyahısında altıncı yerdədir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ yenə Türkiyəni sanksiyalarla hədələdi

SONRAKI XƏBƏR

YUNESKO-nun Ümumdünya İrsi siyahısında dəyişiklik olub