Tokio Olimpiadasında kişi futbolu Misir – İspaniya görüşü ilə başlayır

Bu gün Tokio Yay Olimpiya Oyunlarında softbol (beyzbola bənzər idman növü) və qadın futbolundan sonra kişi futbolu üzrə yarışlara start veriləcək.

Oxu.Az xəbər verir ki, A, B, C və D qruplarının ilk turunun matçları keçiriləcək.

Start C qrupunun Misir – İspaniya görüşü ilə reallaşacaq. Bu matçı maraqlı edən məqam İspaniya millisinin heyətində AVRO-2020-də oynamış Unai Simon, Pau Tores, Erik Qarsiya, Pedri, Mikel Oyarzabal, Dani Olmo kimi oyunçuların yer alması, həmçinin Madrid “Real”ının futbolçuları – Dani Sebalyos (kapitandır – S.M.) və Marko Asensionun olmasıdır.

Tokio-2020

A qrupu

12:00 Meksika – Fransa

15:00 Yaponiya – CAR

B qrupu

12:00 Yeni Zelandiya – Koreya

15:00 Honduras – Rumıniya

C qrupu

11:30 Misir – İspaniya

14:30 Argentina – Avstraliya

D qrupu

12:30 Fil Dişi Sahili – Səudiyyə Ərəbistanı

15:30 Braziliya – Almaniya

Qeyd edək ki, Tokio Olimpiadasının açılış mərasimi sabah keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səbuhi Musayev

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən xarici vətəndaş 10 il azadlıqdan məhrum edilib - YENİLƏNİB

SONRAKI XƏBƏR

Erməni təxribatının iki səbəbi var - Arkov