Mahirin komanda yoldaşı uzun müddətə sıradan çıxdı

Mahirin komanda yoldaşı uzun müddətə sıradan çıxdı

Mahir Emrelinin komanda yoldaşı Bartoş Kapustkanın (Bartosz Kapustka) durumuna aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Tallinn "Flora”sı ilə matçda (2:1) erkən qol vurduqdan sonra xəsarət alan "Legiya”nın futbolçusu üçün mövsüm başlamamış bitib.

Klubdan verilən açıqlamada Kapustkanın sağ dizindəki xaçvari bağın zədələndiyi bildirilib. Futbolçunun müalicəsi və bərpası təxminən 8-9 ay davam edəcək.

Varşava klubu "Bartoş”, bütün "Legiya” ailəsi səninlədir! Daha güclü qayıdacaqsan, gözləyirik!” deyə futbolçuya dəstəyini nümayiş etdirib.

Mirağa

Mənbə: fanat.az