Tokio-2020: Daha bir idmançı koronavirusa yoluxdu

Tokio-2020: Daha bir idmançı koronavirusa yoluxdu

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Almaniya velosipedçisi Simon Geşkedə koronavirus aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə Almaniya Olimpiya Komitəsinin rəsmi saytı xəbər yayıb. Digər 12 velosipedçinin analiz nəticəsi isə mənfi çıxıb.

Bu, Almaniya yığmasında koronavirusa ilk yoluxma halıdır.

Qeyd edək ki, olimpiadada son sutka ərzində 19 nəfər virusa yoluxub. Ümumi yoluxma sayı isə 110-dur.

Mənbə: report.az