"Sabah" Gürcüstan klubuna uduzdu

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Ramin Quliyevin baş məşqçi olduğu kollektiv ikinci sınağında yerli "Samqurali" klubu ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" Gürcüstandakı ilk yoxlama matçında "Şukura" klubuna 1:0 hesabı ilə qalib gəlib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ kosmosun tədqiq olunmasında öz həmfikirləri ilə əməkdaşlıq etmək istəyir

SONRAKI XƏBƏR

"Bahar" yatağından qaz hasilatı və tədarükün həcmi açıqlanıb