Əlcəzairli cüdoçu israilli rəqibinə görə olimpiadadan imtina etdi

Əlcəzairli cüdoçu israilli rəqibinə görə olimpiadadan imtina etdi

Əlcəzair cüdoçusu Fathi Nurin (73 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış etməkdən imtina edib.

"Report"un məlumatına görə, buna 30 yaşlı idmançının 1/16 final mərhələsində İsrail təmsilçisi Tohar Butbul ilə güləşmək istəməməsi səbəb olub.

Fələstinə dəstək məqsədilə döşək üzərinə çıxmayan cüdoçu olimpiadada mübarizəni başlamadan dayandırıb.

Qeyd edək ki, Fathi Nurin 2019-cu ildə də eyni səbəbdən dünya çempionatında iştirak etməyib.

Mənbə: report.az