Rusiya Olimpiya Oyunlarında ilk medalını qazandı

Rusiya Olimpiya Oyunlarında ilk medalını qazandı

Rusiya millisi Tokioda keçirilən Olimpiya Oyunlarında ilk medalını qazanıb. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilir ki, Anastasiya Qalaşina 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada ikinci olub. Çinli Qian Yanga qızıl, isveçrəli Nina Kristen isə bürünc medala layiq görülüblər.

Mənbə: sherg.az