“Mbappe Poçettinoya getmək istədiyini deyib”

“Mbappe Poçettinoya getmək istədiyini deyib”

Kilian Mbappe PSJ-ni tərk etmək istəyir.

Qol.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. İddia edilib ki, fransalı oyunçu baş məşqçi Maurisio Poçettinoya klubla müqavilənin müddətini uzatmamaq və komandadan ayrılmaq istədiyini söyləyib.

Bildirilir ki, Mbappe PSJ-dən münaqişə ilə ayrılmaq istəmir.

Futbolçunun baş məşqçi ilə münasibətlərini yaxşı olduğu bildirilir. Qeyd edilir ki, o, həmişə Poçettino tərəfindən özünə dəstək görüb. Fransalı PSJ-dən getmək istədiyini söyləyəndə də, argentinalı mütəxəssis bunu anlayışla qarşılayıb.

Qeyd edək ki, Mbappenin karyerasını “Real”da davam etdirmək istədiyi bildirilir.

Mənbə: qol.az