"Liverpul"un 100 milyon avroluq təklifi rədd edildi

"Yuventus" futbolçusu Federika Kyezanı klubda saxlamaqda israrlıdır.

Qol.az "La Repubblica"y istinadən xəbər verir ki, italiyalı oyunçu ilə yolları ayırmğı planlaşdırmayan Turin təmsilçisi 23 yaşlı hücumçu üçün "Liverpul"un göndərdiyi 100 milyon avroluq təklifi rədd edib.

Bildirilib ki, "Yuventus"un yeni baş məşqçisi Massimiliano Alleqri klub prezidenti Andrea Anyellidən Kyezaya görə göndəriləcək təkliflərin müsbət cavablandırılmamasını xahiş edib.

Xatırladaq ki, bundan əvəvl klub "Mançester Yunayted" və "Bavariya"nın 80 milyon avroluq təkliflərini rədd etmişdi.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Anbar 14 nəfərə məzar oldu - Güclü yanğın

SONRAKI XƏBƏR

Yük maşını ikiotaqlı evə çevrildi: Təkərlər üzərində mini-otel yaratdılar